Modern.az

Prezident Administrasiyası nazirliyi topa tutub

Prezident Administrasiyası nazirliyi topa tutub

14 May 2011, 17:11

Modern.az saytının xəbər verdiyi kimi, mayın 11-dən Milli Məclisin təşəbbüsü ilə “Parlament kuboku-2011” futbol turnirinə start verilib. Qarşılaşmalar Bakı Dövlət Universitetinin İdman kompleksində keçirilir.
Qeyd edək ki, iyunun 15-dək davam edəcək tirnirdə 12 dövlət qurumunun futbol komandası yarışır. 4 qrupda dairəvi sistem üzrə keçirilən yarışmanın iştirakçıları Milli Məclis, Konstitusiya Məhkəməsi, Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandalarıdır. 

Artıq qruplarda bir neçə qarşılaşma keçirlib. Belə ki, ilk qarşılaşma Milli Məclislə Konstitusiya  Məhkəməsi komandalarının arasında baş tutub. Milli Məclisin komandası Konstitusiya Məhkəməsinin üzərində böyükhesablı qələbə qazanıb - 7:2. 

Modern.az saytı xəbər verir ki, turnirin növbəti oyunları keçirilib. Vergilər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komandasının qapısından 8 top keçirib, öz qapısından isə 1-ni buraxıb – 8:1.
Prezident Administrasiyası isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini məğlub edib - 4:2.

İyunun 15-də turnirin final mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.

A qrupu

Milli Məclis
Konstitusiya Məhkəməsi
Xarici İşlər Nazirliyi

B qrupu

Prezident Administrasiyası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Ali Məhkəmə

C qrupu

Vergilər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Nəqliyyat Nazirliyi

D qrupu

Ədliyyə Nazirliyi
Səhiyyə Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular