Komandor adaları yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Nikolskoye kəndindən 233 kilometr aralıda, ocağı isə 48,3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
"Reuters" agentliyinin məlumatına əsasən, 300 kilometr radiusda sunami təhlükəsi var.
Modern.az