Modern.az

Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək  

Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək   

Aktual

18 İyul 2017, 10:27

Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək.

Bu barədə Modern.az saytına Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib. 

Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan "Florence Nightingale" xəstəxanasında dünyasını dəyişib.

N.Əliyev 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal