Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki,məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının qarşısı saat 9:26-da tam alınıb. İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.
Gülşən RAUFQIZI