Modern.az

İstanbulda azərbaycanlı deputata mükafat verdilər (FOTOLAR)

İstanbulda azərbaycanlı deputata mükafat verdilər (FOTOLAR)

14 May 2011, 19:45

Mayın 13-də İstanbulun Esma Sultan Yalisinda  Avropa Qəzetçilər Dərnəyinin mükafatlandırma gecəsi keçirilib. Gecədə siyasət,  sənət, iş və media sahəsindən tanınmış simalar iştirak ediblər onlar mükafatlandırılıblar.

10 ildi fəaliyyet göstərən AQD öz sahəsində böyük uğarlar əldə etmiş şəxslərə «İlin Ən Yaxşıları Mediya Ödülləri» mükafatını təqdim edir. Bu il mükafatlandırılanlar arasında Türkiyə Baş nazirinin müavini, millət vəkili Abdulkadir Aksu, Azərbaycanın millət vəkili Qənirə Paşayeva, Brussel parlamentinin millət vəkili Mahinur Özdemir, Ankara millət vəkili Zeynəb Dağı, İstanbul millət vəkili Xalidə İncəkara, İstanbul millət vəkili Edibe Sözen siyasət  sahəsində «İlin Ən Yaxşıları Mediya Ödülü»nə layiq görülüblər.

Mükafatı alan millət vəkili Qənirə Paşayeva Türkiyədə ona bu cür mükafatın təqdim edilməsindən özünü çox xoşbəxt hiss etdiyini deyib.

«Mən bu mükafatı özünün düşüncəsi və əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün çalışan və bizə yol göstərən böyük aydınlarımızın, şəxsiyyətlərimizin, canının bu yolda qurban verən şəhidlərimizin, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman ərazi bütövlüyümüzün qorunması uğrunda canını qurban verən dostlarımın, sinif yoldaşlarımın və bütün şəhidlərimizin, bütün çətinliklərə, ağrı və acılara baxmayaraq Azərbaycanın inkişafı və dünyada layiqli yeri tutması üçün çalışan hər kəsin, mənim gözəl ölkəm və bütün millətim adına alıram».

Tədbirdə Türkiyənin bütün nüfuzlu KİV-lərini, jurnalistlərini görməkdən məmun olduğunu deyən millət vəkili Qənirə Paşayeva onlara üzünü tutaraq müraciət də edib.

«Mən əziz həmkarlarım, üzümü sizə tutaraq demək istəyirəm ki, Azərbaycanı sevin, çünki Azərbaycan sizi çox sevir. Azərbaycanın yaralarını sarmağa, ona daim məlhəm olmağa çalışın. Çünki Azərbaycan torpaqlarının 20 faizi bu gün də Ermənistanın işğalı altındadır, 1 milyon azərbaycanlı hələ də qaçın və məcburi köçkün həyatı yaşayır və öz evlərinə dönə bilmirlər. Azərbaycana, onun haqlı və ədalətli davasına həmişə sahib çıxın. Çünki Azərbaycan bu ədalətsiz  dünyada çox haqsızlıqlarla üzləşir və sizin dəstəyinizə daim böyük ehtiyacımız var».

Mükafat üçün Avropa Qəzetçilər Dərnəyinə xüsusi təşəkkürünü bildirən millət vəkili deyib ki, jurnalistlərin təmsil olunduğu nüfuzlu bir təşkilatdan bu mıükafatı almaq bir jurnalist kimi də onu çox sevindirir. Millət vəkili təşkilatın rəhbəri Adnan Fişənkə qələm və Azərbaycan qılıncı hədiyyə edərək “sözünüz hər zaman kəsərli, gücünüz həmişə çox olsun” deyib.
Millət vəkili Avropa Qəzetçilər Dərnəyi rəhbərinə eyni zamanda Azərbaycan həqiqətlərinə dair özünün və digər azərbaycanlıların müəllifi olduğu kitabları, sənədli filmləri təqdim edib. Onun ən təsirli hədiyyəsi isə Azərbaycanın qədim mədəniyyət  paytaxtı olan Şuşaya həsr olunmuş təqvim olub.

«Bu gözəl cənnət guşəsi, Azərbaycanın mədəniyyət beşiyi Şuşanın mənzərələrini özündə əks etdirən təqvimdir. Bir neçə gün əvvəl bu gözəl şəhərin Ermənistanın tərəfindən işğal olunmasının 19-cu ili tamam oldu. Bu bizi üzən ən ağır hadisələrdən biridir. Bu qədim mədəniyyət beşiyi Ermənistan tərəfindən tamamilə dağıdılır.  O, byük mədəniyyəti və gözəl təbiəti özündə əks etdirən bu təqvimi təşkilatınızın divarından asarsınız. Biz hər gün birlikdə Şuşa da daxil olmaqla Azərbacyanın işğal alınta olan Dağlıq Qarabağ bölgəəsi və digər ərazilərinin azad olunması üçün birlikdə səylə çalışmalıyıq və oraya qayıdacağımıza hər zaman inanmalıyıq. Mən inanıram ki, bir Şuşaya, Qarabağa qayıdacağıq və sizinlə birlikdə bu cür gözəl tədbirləri işğldan azad edəcəyimiz o gözəl torpaqlarımızda birlikdə qeyd edəcəyik».
Azərbaycana dəstək verən və daim onun yanında olan hər kəsə təşəkkürünü bildirən Qənirə Paşayevanın çıxışı alqışlarla qarşılanıb.
Tədbirdə ödül alan bəzi KİV rəsmiləri millət vəkilinin çıxışından, mükafatlarını aldıqdan sonra səsləndirdikləri fikirlərdə Azərbaycana da yer ayırıblar. Millət vəkilinin əlindən mükafatını alan bəzi KİV təmsilçiləri “biz Azərbaycanı sevirik və onun inkişaf etməsindən, daha da gözəlləşməsindən çox şadıq” deyiblər.

 

 

 

 

 

 


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj