Modern.az

BMT girovlarla bağlı müraciətə cavab vermir

BMT girovlarla bağlı müraciətə cavab vermir

Aktual

18 İyul 2017, 11:45

Yaxın vaxtlarda girovlarla bağlı müraciətimizə cavab veriləcəyi gözlənilir.

Bu barədə Modern.az-a Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev məlumat verib. 

R.Quliyev deyib ki, ahzırda proses davam edir.

Qeyd edək ki, DAA BMT-nin İnsan Haqları Komitəsi başda olmaqla, ATƏT Parlament Assambleyasının İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Komissarı , Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil 20-yə yaxın quruma Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ünvanlandığı müraciətə cavab verilib.

Məktubda bildirilib ki, kəlbəcərli girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ Avropa insan haqları komissarı, cənab Nils Muiznieksin icraatına götürülüb.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal