Modern.az

Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Aktual

18 İyul 2017, 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

Bakıda və Abşeron yarımadasında        

İyulun 19-dahava şəraitiningünəşli olacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturununAbşeron yarımadasında gecə 22-25, gündüz 34-39, Bakıda gecə  23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında

İyulun 19-dahava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

 

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal