Modern.az

Bakıda “Sabancı Universitetinin tanıtımı” (FOTOLAR)

Bakıda “Sabancı Universitetinin tanıtımı” (FOTOLAR)

15 May 2011, 12:11

Modern.az saytı xəbər verir ki, Bakıda “Sabancı Universitetinin tanıtımı” mövzusunda seminar keçirilib. Seminarda Türkiyənin Azərbaycandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Halis Koyunçuoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, təhsil işçiləri və məzunlar iştirak ediblər.

Seminarda çıxış edən “Türkiyə Universitetləri Məzunları” İB-nin sədri Ç.Bayramov tədbir Türkiyənin bir özəl ali məktəbinin tanıtım xarakteri daşıyır. ”Türkiyənin bir çox özəl ali məktəbləri var, bunlardan biri də Sabancı Universitetidi. Bu gün seminarda həmçinin Sabancı Universitetindən nümayəndə iştrak edir və bura toplaşan təhsil işçilərinə, tələbələrə, şagirdlərə universiteti daha yaxından tanış edirlər”.

Türkiyənin Azərbaycandakı səfirinin təhsil məsələləri üzrə müşaviri Halis Koyunçuoğlu isə bildirib ki, bu gün Türkiyədə 154 universitet fəaliyyət göstərir. Onların içərisində Sabancı Universitetinin xüsusi yeri var. Sabancı Universitetinin özəl bir təhsil müəssisəsi olduğunu qeyd edən müşavir Türkiyədəki özəl universitetlərin Azərbaycandakı özəl təhsil ocaqlarından fərqli olduğunu bildirib. Türkiyədəki özəl universitetlər dövlət universitetlərilə eyni səviyədədir. Türkiyədə dövlət universitetlərinin diplomlarına verilən qiymət eyni zamanda özəl ali məktəblərin diplomlarına da verilir. ”Türkiyədə buna fərq qoyulmur. Türkiyədəki özəl universitetlərin diplomları dünyanın bir çox ölkələrində tanınır”. H.Koyunçuoğlu azərbaycanlı məzunları Türkiyə universitetlərində təhsil almağa çağırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov Türkiyə və Azərbaycan arasındakı əlaqələrin tarixi köklərindən danışıb. O qeyd edib ki, bu gün hər iki ölkə arasında digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi inkişaf var.

 

 

 

 

 

 

 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal