Modern.az

Azərbaycanda 224 nəfər ilk dəfə İİV-ə yoluxanlar kimi qeydə alınıb  

Azərbaycanda 224 nəfər ilk dəfə İİV-ə yoluxanlar kimi qeydə alınıb  

Aktual

18 İyul 2017, 12:49

2017-ci ilin 6 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 224 nəfər təşkil edib ki, onlardan 219-u (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzindən Modern.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlanan 1987-ci ildən 01 iyul  2017-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6409 nəfər qeydiyyata götürülüb ki, onlardan 6198-i (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4722-i (73,7%) kişi, 1687-i (26,3%) qadındır.

 

İİV-ə yoluxması təsdiq olunmuş 6409 nəfərdən 3001-də (46,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2210(73,6%) nəfər dispanser qeydiyyatındadır. 01.07.2017-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3756 nəfər təşkil edib. Onların 1711 nəfəri İNİ olub. 6 ayda isə ART-yə cəlb olunan 218 pasiyentdən 57 nəfərində İNİ aşkarlanıb.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal