"Azərbaycanda robotik cərrahiyanın aparılmamasının səbəbi texnika ilə əlaqədar problem deyil".
Modern.az xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov deyib. O bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə ürək əməliyyatı üçün robotlar maliyyəti çox olduğu üçün az xəstəxanalar tərəfindən alınır.
"Həmin xəstəxanalarda ürək əməliyyatlarının aparılması statistikası götürülür və buna uyğu həmin texnologiyalar alınır. Əminliklə deyə bilərəm ki, Azərbaycanda bir sıra ürək mərkəzlərində bu mövzu ətrafında müzakirələr aparılır. Robotik cərrahiyə ilə ürək əməliyyatının aparılmasının əllə görülən əməliyyatdan fərqi yoxdur".
R.Mahmudov bildirib ki, ürək əməliyyatında robotlardan isifadənin gecikməsinin tək səbəbi maliyyə çətinliyi ola bilər.
"Bunun maliyyəti o qədər yüksəkdir ki, xəstə üçan astronomik nəticələrə gətirib çıxardar. Dünyada robotik cərrahiyə ilə iş görən həkimlər də qeyd ediblər ki, robotik cərrahiyə insanın xəstəliyinin müalicəsinsə irəliləyişə nail olmur. Bu sadəcə səhiyyədə maliyyənin artmasıdır. O robotlar yaradllarkən nəzırdə tutulmuşdu ki, kadr hazırlanmasında problem olan ölkələrdə uzaqdan komanda ilə əməliyyat edilə bilsin. Lakin bu vaxt və zaman baxımından mümkün olmadı".
Cərrah bildirib ki, robotik avadanlığın servisi 2 milyon ABŞ dollarıdır. O qeyd edib ki, indiki zamanda rorbotik texnologuyanın o qədər önəmi yoxdur. R.Mahmudov bildirib ki, 4 ay ərzində Bakı Ürək Mərkəzində 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub.
" 300-ə yaxın xəstəyə isə innovaziv, yəni qansız şəkildə damarların açılması həyata keçirilib. Əməliyyatların 20 faizini isə anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatı olub".
Gülşən RAUFQIZI