Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstan hakimiyyətinin Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etmədiyini açıqlayıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Tbilisidə olan Poroşenko bu məsələni müzakirə etmədiklərini deyib.
“Gürcüstan hökuməti ilə effektiv əməkdaşlığımız var. Saakaşvilinin ekstradisiyasını isə müzakirə etməmişik”.
2013-cü ilin noyabrında Gürcüstanı tərk edən Saakaşvili 5 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. 2016-cı ilin noyabrında Odessa qubernatorluğundan istefa verən eks-prezident Ukraynada hakimiyyət uğrunda mübarizəyə qoşulub.
Vüqar İSMAYILOV