Modern.az

Polis bir gündə 6 kq narkotik müsadirə etdi

Polis bir gündə 6 kq narkotik müsadirə etdi

Aktual

18 İyul 2017, 15:22

Təkcə ötən gün ərzində DİN-in müvafiq qurumları tərəfindən narkotiklərlə mübarizə sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.     

DİN-dən Modern.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan xəbər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir yolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb.

Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal