Modern.az

Qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Aktual

18 İyul 2017, 17:09

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Joviç və Saymon Tiller keçirəcəklər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal