Sumqayıtda baş vermiş hadisədə ölən və yaralanan şəxslərin adları məlum olub.
Sumqayıt şəhər səhiyyə şöbəsinindən Modern.az-a verilən məlumata görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin(FHN) üç işçisi zəhərlənib. Onlar Natiq Məmmədov, Zahir Bağırov və Namiq Əhmədovdur. Dünyasını dəyişən FHN işçisinin adı isə Ruslan Məmmədovdur.
Qeyd edək ki, şəhərin 76-cı məhəlləsində kanalizasiya quyusuna düşən şəxs və onu xilas etmək üçün kanalizasiyaya düşmüş FHN-nin 1əməkdaşı qazdan boğularaq ölüb, 3-ü isə zəhərlənib.
Mirmahmud KAZIMOĞLU