Modern.az

İsmayıl Ömərov: "“Eurovision-2012”nin Azərbaycanda təşkili üçün bütün imkanlar var"

İsmayıl Ömərov: "“Eurovision-2012”nin Azərbaycanda təşkili üçün bütün imkanlar var"

15 May 2011, 15:52

Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011”-in final mərhələsindən dərhal sonra kəçirilən mətbuat konfransında müsabiqənin icraçı produseri  Jan -Ola Sand  Azərbaycanı qalibiyyət munasibəti ilə təbrik edib. Jan-Ola Sand Eurovision-2012 müsabiqəsinin şərtlərini Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. O, Azərbaycanda Avropanın çox bəyənəcəyi bir yarışmanın keçiriləcəyinə əmin olduğunu bildirib.
Nümayəndə heyətinin rəhbəri Adil Kərimli təbrikə görə Avropa Yayımları Birliyinə təşəkkur edib. O, Azərbaycanın bundan da gozəl bir yarışma təşkil edəcəyini bildirib.

"Eurovision-2011“ Mahnı Müsabiqəsində Azərbaycanın qalibiyyətinə həsr olunan mətbuat konfransından dərhal sonra Avropa Yayımları Birliyinin Baş direktoru İnqrid Deltenre İctimai Televiziya və Radio Yayımları  Şirkətinin Baş direktoru İsmayıl Ömərovla görüşüb.
Öncə İngrid Deltenre EBU-nun gənc üzvü İctimai Televiziyanı Eurovision müsabiqəsini  Azərbaycana aparması münasibəti ilə təbrik edib. O, “Eurovision-2012”-nin çox yüksək səviyyədə təşkil olunacağından əminliyini bildirib.
”İctimai Televiziyanın 2010-cu ilin iyulunda Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının yay sessiyasına necə ev sahibliyi etdiyini çox gözəl xatırlayıram. Belə bir Baş Assambleya EBU-nun tarixində yenilik idi. Əminəm ki, 2012-ci ildəki Eurovision da  möhtəşəm olacaq“.
İctimai TV-nin Baş direktoru İsmayıl Ömərov Azərbaycanın bir çox  möhtəşəm Beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, ölkəmizin son illərdə əldə etdiyi uğurları xatırladaraq, Azərbaycanın bu Beynəlxalq layihəni də uğurla təşkil edəcəyini söyləyib.
İctimai Teleradionun Baş direktoru tədbirin Azərbaycanda yüksək səviyyədə təşkili üçün bütün imkanların olduğunu qeyd edərək, tezliklə müsabiqənin təşkilatı məsələlərinin müzakirəsinə başlanacağını deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular