Mayın 15-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Evrovision 2011” müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulayıb.
İlham əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.
Modern.az