Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal mayın 16-da səhərəyaxın doğma Vətənə - Azərbaycana qayıdıblar. (AzərTAc)
Heydər Əliyev Beynəlxalq Aeroportunda Beynəlxalq musiqi yarışmasının qalibləri təntənə ilə qarşılanıb.
Təmsilçilərimizin Bakıya gəlişi bayrama çevrilib. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, İctimai Televiziyanın nümayəndələri, jurnalistlər, çoxsaylı pərəstişkarlar, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə və musiqi sədaları altında qarşılayıblar.