Modern.az

Ukrayna Saakaşviliyə görə Gürcüstana 2 dəfə rədd cavabı verib

Ukrayna Saakaşviliyə görə Gürcüstana 2 dəfə rədd cavabı verib

Aktual

19 İyul 2017, 17:51

Gürcüstan hökuməti Mixail Saakavşilinin ekstradisiyası ilə bağlı 2 dəfə Ukraynaya müraciət edib.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hər 2 dəfəsində rəsmi Kiyev buna etiraz edib. Bu barədə Gürcüstanın Baş prokuroru Irakli Şotadze deyib.

 

 “Biz ukraynalı həmkarlarımıza 2 dəfə müraciət edərək Saakaşvilinin ekstradisiyasını tələb etmişdik. Lakin hər iki dəfəsində rədd cavabı almışdıq. Çünki Ukrayna Konstitusiyası ölkə vətəndaşının üçüncü ölkəyə verilməsini qadağan edir”.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal