Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubunun rəqibi müəyyənləşib. Modern.az xəbər verir ki, "Qarabağ" III təsnifat mərhələsində Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq. "Qarabağ"la "Şerif" arasındakı ilk oyun növbəti həftə Bakıda keçiriləcək.
Qeyd edək ki, "Şerif" II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdırıb. İki komanda arasındakı cavab görüşündə "Kukesi" 2:1 hesabı ilə qalib gəlib. Lakin ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Şerif" Albaniyada səfər qolu sayəsində mərhələ adlayıb.
"Qarabağ" isə Gürcüstanın “Samtredia” komandasını 5:0 və 1:0 hesabı ilə məğlub edib.
Modern.az