“Dialoq və qardaşlıq ənənələrinə əsaslanaraq dövlət və din əlaqələrinin optimal modelini yaratmaq mümkündür”.
Bu sözləri Qafqaz Müsəlmanlar İdarəsinin sədri, hacı Allahşükür Paşazadə Bakıda keçirilən Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclasında çıxışı zamanı deyib.
Modern.az-ın konfransda olan əməkdaşının verdiyi məlumata görə Şeyx bildirib ki, Qafqaz bizim ümumi evimizdir.
“Təəssüf ki, bölgədə əmin-amanlıq tam bəpa edilməyib”-deyən A.Paşazadə bununla yanaşı? bölgədə inkişaf və tərəqqinin də artdığını qeyd edib. Son dövrlər bir sıra Şimali Qafqaz respublikalarına etdiyi səfərlər barədə danışan A.Paşazadə bu respublikalarda getdikcə sabitliyin yarandığının və quruculuq işlərinin vüsət aldığının şahidi olduğunu deyib.
“Xüsusən qardaşım Ramzan Kadırovun müharibə zamanı dağılmış Qroznı şəhərində apardığı tikinti quruculuğu işləri məni çox məmnun edib”-deyə şeyx çıxışında vurğulayıb.
Konfrans işini davam etdirir.
Mail Ağaxanov