Gəncədə zəhərlənmə olub. Modern.az APA-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əliyev Günel sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edərək sirkə turşusu içib və zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Modern.az