Modern.az

Moldovada etirazçılarla polis qarşıdurması: yaralılar var

Moldovada etirazçılarla polis qarşıdurması: yaralılar var

Aktual

20 İyul 2017, 00:57

Moldovada etirazçılarla polis arasında toqquşma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident paytaxt Kişinyovda seçki sisteminə qarşı parlament qarşısında keçirilən etiraz aksiyası zamanı baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.

Qeyd edək ki, iyulun 19-da Moldova parlamentinin daimi bürosu majoritar və proporsional seçki sistemlərinin birləşməsini nəzərdə tutan qarışıq seçki sisteminə keçidlə bağlı qanun layihəsini  parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Müxalifət partiyaları qanun layihəsinin əleyhinə çıxış edir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal