Modern.az

Azərbaycanla Avropa İttifaqı Brüsseldə danışıqlar apardı – yeni saziş hazırlanır

Azərbaycanla Avropa İttifaqı Brüsseldə danışıqlar apardı – yeni saziş hazırlanır

Aktual

20 İyul 2017, 09:35

19 iyulda Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.

Bu haqda Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb. 

Danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal