Modern.az

Tramp Putinlə “gizli görüş”ü haqda danışdı

Tramp Putinlə “gizli görüş”ü haqda danışdı

Aktual

20 İyul 2017, 11:40

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə G20 sammitində qeyri-rəsmi görüşü haqda danışıb.

 

Modern.az xəbər verir ki, Tramp 15 dəqiqəlik görüş zamanı ümumi məsələlərdən danışdıqlarını və rusiyalı uşaqların amerikalı valideynlərə övladlığa verilməsinə qoyulan qadağaların ləğvini müzakirə edib.

 

Tramp şam yeməyi zamanı həyat yoldaşı Melanya Trampın Putinlə söhbət etdiyini və həyat yoldaşına yaxınlaşan zaman ümumi salam verdiyini də xatırlayıb.  

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal