Modern.az

Mosulun azad olunması zamanı 40 min insan həlak olub

Mosulun azad olunması zamanı 40 min insan həlak olub

Aktual

20 İyul 2017, 12:20

Mosul şəhərinin azad olunması uğrunda 9 ay davam edən döyüşlər zamanı azı 40 min sakinin həlak olduğu bildirilir.

 

Modern.az xəbər verir ki, “İndependent” nəşrinin yazdığına görə, bu barədə kürd kəşfiyyatı məlumat verib.

 

Qeyd olunur ki, sakinlər İraq ordusunun, İŞİD-çilərin və aviazərbələrin qurbanı olub. Eyni zamanda çoxlu sayda sakinin cəsədinin tanınmaz halda olduğu da bildirilir.

 

Mosulun azad edilməsi uğrunda əməliyyat 2016-cı ilin oktyabrında başlanılmışdı və iyul ayının 10-na qədər davam edib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal