Azərbaycanda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri olan Qafqaz din xadimləri Birləşmiş Milətlər Təşkilatına müraciət qəbul ediblər. Müraciətdə deyilir:
“Biz müsəlman din xadimləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri əmin edirik ki, müsəlmanlar həm özləri həm də bütün dinya üçün azadlıq və tərəqqi diləyirlər. Bizim mövqeyimiz ondan ibarətdir ki, həm din, həm də siyasət münaqişələr deyil sivilizasiyalar arasında sülh və dialoq üçün möhkəm zəmin olaraq xidmət etməlidir. Dünyanın müxtəlif güşələrində baş verən qanlı terror aktları, bəzən dini çalar daşıyan qanlı hadisələr və qırğınları bizi narahat etməyə bilməz. Bu yaradanın iradəsinə ziddir. İnsan həyatı müqəddəs dəyərdir. Bu müqəddəs nemətin hifz olunması üçün birgə məsuliyyəti şərtlənidirir. İnsan həyatının qorunması ən ümdə problemdir”.
Sənəddə daha sonra Yaxın Şərqdə baş verən son siyasi təlatümlərə toxunulur.
“Əfqanıstan, İraq, Fələstin Tunis Misir, Yəmən, Bəhreyndə çox saylı günahsız qurbanların, çoxəsrlik irsin məhvinin şahidi olduğumuzdan bu hadisələrin başqa ölkələrdə də davam etdirilə biləcəyindən narahatlıq hissi keçiririk”.
Din xadimləri Qarabağ torpaqlarının da azad edilməsini tələb ediblər. “Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması, BMT-nin 4 qətnaməsinin 20 il ərzində yerinə yetirilməməsindən narahatıq. Yaylım atəşlərinin sələri gələndə sözlər eşidilimir”-deyə sonda qeyd olunur.
Modern.az