Rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsinin dəstək verdiyi “Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. Layihə çərçivəsində növbəti tədbir Quba rayonunda baş tutub.
Quba rayon Olimpiya Kompleksində baş tutan seçim turunun açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsrulla Vəliyev bildirib ki, bu gün gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır. Onu da əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərdə yeni bilgilərə yiyələnmə və milli dəyərlərə bağlılıq, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır.
Milli Şuranın sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır. Gənclərlə bağlı hazırlanan yeni proqramdan danışan millət vəkili bildirib ki, burada ölkə gənclərinin hər birini narahat edən məsələlər öz əksini tapacaq. F.Muradov Milli Şura olaraq daim gəncləri dəstəkləyən layihələri həyata keçirdiklərini vurğulayıb. Bildirib ki, ölkə gənclərinin istər Azərbaycanda, istərsə də ölkədən xaricdə fəaliyyəti üçün bütün imkanlardan istifadə olunur.
Millət vəkili Vahid Əhmədov çıxışında bu layihənin təhsilə böyük töhfə verdiyini qeyd edərək bildirib ki, gələcəkdə də bu cür tədbirlər davam etdirilməlidir. Quba gənclərini bu maraqlı layihədə fəal iştirak etməyə çağırıb.
Milli Şuranın baş katibi və eyni zamanda kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandıraraq onlara seçim turunun gedişatı haqqında danışıb. Bildirib ki, burada əsas məqsədlərdən biri də ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır. Həmçinin biz bu layihədə 12 min gənci əhatə etmək qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyasının Quba rayon seçim turu çərçivəsində Qubada yerləşən və Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış massivi olan Xınalıq kəndinə (2300 m) kampaniyanın işçi qrupu tərəfindən səfər təşkil olunub. Xınalıqda yaşayan gənclər də Kampaniyada iştirak ediblər.
|
|
|
|
|
|
|
|
|
|