“200 amşen erməni ailəsinin Qırğıstandan köçməsi barədə məlumatlar anlaşılmazlıq nəticəsində ortaya çıxıb”.
Bu barədə “Qərbi ermənilərinin problemlərini Təhqiqi Mərkəzinin rəhbəri Aykazun Alvarsyan bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, erməni KİV-ləri bu məlumatı yaymaqla Qırğıstanda yaşayan erməni mənşəli bu milli azlıq üçün problemlər yaradıb.
“Amşenlərin səsi” qəzetinin baş redaktoru Sergey Vardanyan isə mətbuat konfransında bildirib ki, bu icmanın nümayəndəsi olan Ruslan Qarabadcaoğlu Ermənistana və oradan Qarabağa gələrək bu yerlərə köçmə imkanlarını öyrənib. “Bundan sonra o, bu təkliflə amşen icmasına maraciət etməyi düşünürmüş. Bu o demək deyil ki, bütün 200 amşen aliəsi Qarabağa köçmək barədə qərar qəbul edib. Bu düzgün məlumat deyil”-deyə o vurğulayıb.
O qeyd edib ki, Ruslanın Qarabağa köçməsi ideyası onun Qırğızstanda ağır həyat səbəbindən ortaya çıxıb. Vardanyan qeyd edib ki, bu barədə olan yoxlanmamış məlumatlar Qırğızstanda yaşayan amşenlər üçün böyük problemlər yarada bilər.
Qeyd edək ki, bu xəbər Azərbaycanda da ciddi rezonans doğurub. Hakim Yeni Azərbaycan Partiyası isə bununla bağlı xüsusi bəyanatla da çıxış edib.