Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli ABŞ-in ölkəmizdki səfirliyində olub. Mərkəzdən verilən məlumata görə, səfirliyin siyasi məsələlər üzrə müşaviri Briggete S. Büşetlə keçirilən görüşdə müxalifət partiyalarının həbs edilən üzvlərinin taleyi, Bəxtiyar Hacıyevin və Gəncədə həbs edilən dindarların məhkəmə proseslərinin gedişi baradə danışılıb.
P.Həşimli bu həbslərin siyasi motivli oldugunu bildirərək, qeyd edib ki, məhkəmə proseslərində qaldırılan vəsatətlərin hakim tərəfindən birmənalı olaraq rədd edilməsi bunu təsdiqləyir. Görüşdə həmçinin, bu günlərdə şahid qismində istintaqa çagrılaraq, həbs edilən Elnur Məcidli barəsində də diplomata məlumat verilib.
Öz növbəsində xanım Buşe bildirib ki, ABS hökuməti baş verənləri diqqət mərkəzində saxlayır. O, həmçinin deyib ki, Birləşmiş Ştatlar dunyada demokratik azadlıqların dəstəklənməsindəki fəaliyyətini hər zaman davam etdirəcək.