Modern.az

Məşhur rok qrupunun solisti intihar etdi

Məşhur rok qrupunun solisti intihar etdi

Dünya

20 İyul 2017, 23:56

Linkin Park rok qrupunun solisti Çester Benninqton intihar edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ifaçı Los-Ancelesdə Palos Verdes Estates-də şəxsi villasında ölü tapılıb.

Özünü asmaqla intihar edən 41 yaşlı ifaçı uzun illər alkoqol və narkotik asılılıqdan əziyyət çəkirdi.

Maraqlıdır ki, bu gün qrupun yeni "Talking To Myself" klipi YouTube-a yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?