Modern.az

İraqın ikinci şəxsi Mosul və Kərkükə görə Türkiyəni hədələdi

İraqın ikinci şəxsi Mosul və Kərkükə görə Türkiyəni hədələdi

21 İyul 2017, 13:08

“Türkiyə Mosul və digər İraq şəhərlərinə nəzarət etmək istəyir. Amma Ankaranın bu ambisiyaları yalnız arzulardır” –deyə İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.

Əl-Maliki Türkiyənin Bağdaddakı səfirinin özünü Osmanlı imperiyasının nümayəndəsi kimi apardığını deyib.

“Biz həmin səfiri geri qaytardıq. Yeni səfri də özünü elə aparır ki, sanki İraq hələ də Osmanlı imperiyasının vilayətidir”.

Keçmiş baş nazir Türkiyənin Mosul, Ərbil və Süleymaniyəyə nəzarət etmək arzusunun olduğunu lakin bunu gerçəkləşdirmək üçün çox zəif olduqlarını da əlavə edib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal