Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini mayın 16-da qəbul edib.
Dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.