Modern.az

Elmira Axundova Eldarla Nigarın qələbəsi barədə danışdı

Elmira Axundova Eldarla Nigarın qələbəsi barədə danışdı

16 May 2011, 17:21

Milli Məclisin deputatı Elmira Axundova Azərbaycanı "Eurovision 2011" beynəlxalq mahnı yarışmasında uğurla təmsil edən Eldar Qasımov və Nigar Camalın çıxışı barədə fikirlərini Modern.az-la bölüşüb.

"Ən nüfuzlu musiqi yarışması olan “Avroviziya-2011”dəki möhtəşəm qələbəmizdən sonra bəzi təəssürat və düşüncələrimi sizlərlə bölüşmək istərdim. İlk növbədə, bu qələbəni yaxınlaşdıran və mümkün edən hər kəsi təbrik edirəm, bizim iştirakçılar üçün həyəcan keçirən və onlara mənəvi dəstək verən hər kəsi təbrik edirəm, bütün Azərbaycan xalqını və ölkəmizin xaricdəki bütün dostlarını təbrik edirəm. Bu həqiqətən də möhtəşəm qələbədir.

Əlbəttə azərbaycan ifaçılarının indiki yarışdakı qələbəsi artıq neçə illərdi ki, özünün düzgün ifaçı, mükəmməl piar kompaniyası, doğru prodüser, xoreoqraf, modelyer və s. seçimi ilə bu qələbəyə irəliləyən Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya simasında böyük kollektivin xidmətidir.

Azərbaycan estradasının nümayəndələrinin dünya şou biznesinin ulduzları ilə rəqabət edə bilməyəcəyi haqqında mif bu qələbə ilə alt üst edildi. Və bu qələbə Azərbaycanın yüksək musiqi mədəniyyətinin olduğunu parlaq şəkildə təsdiq etdi. Bu nailiyyət müasir ifaçı nəslinin XX əsrin böyük Azərbaycan ifaçılarının ənənələrinin, hər şeydən əvvəl dünya şöhrətli Rəşid Behbudov və Müslüm Maqomayevin layiqli davamçıları olduğunu sübut etdi.

Bununla belə həqiqət burasındadır ki, son illər Heydər Əliyev Fondunun xaricdə həyata keçirdiyi musiqi mədəniyyətimizin təbliğatı sahəsindəki möhtəşəm hazırlıq işləri olmasaydı, bu qələbə bəlkə də mümkün olmazdı. Muğamın bəşəriyyətin qeyri-maddi mənəvi irsi siyahısına daxil edilməsi ilə bağlı Mehriban xanım Əliyevanın təşəbbüsünü xatırlayaq. Fondun iri həcmli aksiyalarını və Paris, London, Moskva, dünyanın digər şəhərlərindəki heyrandoğurucu konsertlərini yada salaq. Bütün bu aksiyalar Avropada Azərbaycanın zəngin mədəniyyətə və çoxəsrlik musiqi ənənəsinə malik ölkə kimi imicinin formalaşmasına imkan verdi. Heç bir şey öz özünə yaranmır. “Avroviziya-2011” müsabiqəsinə qədər Avropa bizimlə tanış olmuş və artıq bizi qəbul etmişdi. Ona görə də bizim Düsseldorfdakı qələbəmiz həqiqətən də Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın Avropanın mənəvi-mədəni məkanına Azərbaycanın bərabər hüquqlu üzv kimi daxil olmasına yönəlmiş düzgün siyasətinin təntənəsidir.

Bundan əlavə, boş yerə demirlər ki, “Avrovijn” siyasi çalarlı müsabiqədir və Avropanın neqativ yanaşdığı ölkələrin burada qalib gəlmə şansı praktiki olaraq yoxdur.

Bunun üçün bir çox digər dövlətlərdən fərqli olaraq müsabiqənin ən gənc üzvü olan Azərbaycanın qələbəsi İlham Əliyev siyasətinin, onun kürəsəl enerji və nəqliyyat təşəbbüslərinin, bizim ümummilli maraqlarımızın, müstəqilliyimizin qorunmasındakı prinsipiallığının təntənəsidir. Avropa bizimlə olduğunu, bizim prezidentimizi dəstəklədiyini nümayiş etdirdi. Və bu “Avrovijn-2011” müsabiqəsinin ən gözəl nəticəsi oldu.

Buna görə mən bütün həmvətənlərimi bu mühüm qələbə münasibətilə təbrik edirəm. Əminəm ki, gələn il biz “Avrovijn-2012” iştirakçılarını layiqli şəkildə qəbul edəcəyik və bundan sonra dünyada heç kəs deyə bilməyəcək ki, Azərbaycan adlı dövlət haqqında eşitməmişəm".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular