Modern.az

DİN “Azadlıq”ın döyülən əməkdaşı ilə bağlı Mətbuat Şurasına cavab göndərib

DİN “Azadlıq”ın döyülən əməkdaşı ilə bağlı Mətbuat Şurasına cavab göndərib

16 May 2011, 17:40

Şuraya daxil olan məktubda bildirilir ki, R.Dekoya fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb

Mətbuat Şurasının «Azadlıq» qəzetinin müxbiri Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı 4 aprel 2011-ci il tarixli müraciət qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cavablandırılıb. Bu barədə Şuradan Modern.az–a məlumat veriblər.

Sözügedən idarənin rəisi Mirqafar Seyidovun imzası ilə Şuraya daxil olan məktubda bildirilir ki, R.Dekoya fiziki təzyiqlə əlaqədar müvafiq araşdırmalar aparılıb və BMCMİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi başlanılıb.

Məktubda həmçinin aparılan istintaqın nəticəsi barədə şikayətçiyə əlavə məlumatın veriləcəyi də vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi