Modern.az

QHT Şurası QHT-lər üçün müsabiqə elan etdi

QHT Şurası QHT-lər üçün müsabiqə elan etdi

16 May 2011, 17:47

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci il - “Turizm ili” çərçivəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edib.
Modern.az-ın məlumatına görə, Şora müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edib.

Şura aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək:

SN

Mövzuların adı

1 layihənin maksimum məbləği

1

Azərbaycanın turizm potensialının öyrənilməsi və təbliği

5 000,0

2

Azərbaycanın turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkənin təbiət abidələrinin tanıdılması

5 000,0

3

Azərbaycanda yeni turizm marşrutlarının müəyyən edilməsi və  tanıdılması

4 000,0

4

Turizm təhsilinin gücləndirilməsinə yönəlmiş fəaliyyətlər

6 000,0

5

İşğal edilmiş ərazilərin turizm potensialı və  müharibə nəticəsində turizm sektoruna təsirin öyrənilməsi

6 000,0

6

Ayrı-ayrı turizm növlərinin Azərbaycanda təbliğinə yönəlmiş fəaliyyətlər

5 000,0

7

Azərbaycanda turistlər üçün xalq yaradıcılığı işlərinin və suvenirlərin inkişafına  yönəlmiş təşəbbüslər

6 000,0

Müsabiqənin ümumi fondu 80 min manat təşkil edir.

Ərizələr 16 may 2011-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir. Ərizələrin qəbulu üçün son tarix:  03 iyun 2011-cu il saat 16.00-dır.

Müsabiqənin nəticələri 2011-ci ilin iyulun 01-dən sonra elan olunacaq.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal