Modern.az aytı xəbər verir ki, millət vəkili Məlahət İbrahimqızı Birləşmiş Millətlər Təşkilatının (BMT) və Fransa Parlamentinin təşkilatçılığı ilə hazırda Fransada “Qızlar Zirvəsi” sammitində iştrak edir.
Bu sammitdə dünyanın 70-dən çox qadın deputatı iştrak edir.
M.İbrahimqızı Modern.az saytına bildirib ki, “Eurovision 2011” mahnı müsabiqəsində azərbaycanlı gənclər Eldar və Nigarın qələbəsi ilə bağlı demək olar bütün sammit iştirakçıları onları təbrik edib:
“Bu təbriki dövlətimizə, xalqımıza təbrik kimi qəbul etdik. Biz Fransada olanda Eldar və Nigar Almaniyada keçirilən “Eurovision” mahnı yarışmasında birinci yeri tutdullar və hesab edirəm ki, bu Azərbaycanın, Türk dünyasının böyük bir qələbəsidi. Xüsusilə də belə bir möhtəşəm beynəlxalq yarışın gələn il Azərbaycanda keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi deməkdir. Beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin təntənəsi deməkdir”.
Modern.az