Azərbaycanda istirahət günləri baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 22-də Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
İyulun 23-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.
Hər bir faktla bağlı araşdırma aparılır.