Modern.az

Bacılar olayından sonra daha bir qalmaqal… AFFA İspaniya Futbol Fedasiyasını ittiham etdi

Bacılar olayından sonra daha bir qalmaqal… AFFA İspaniya Futbol Fedasiyasını ittiham etdi

Aktual

24 İyul 2017, 14:12

Bir müddət əvvəl mətbuatda Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) iki bacının “at” oynatdığı barədə geniş məlumat yer almışdı.

Hətta bu xanımların, Xanım və Sevinc adlı bacıların qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu da qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA sanki bu hadisələr olmayıb kimi davrandı.

Amma məsələ bununla bitmədi. Media yenidən AFFA ilə bağlı daha ciddi məqamları gündəmə gətirdi. Söhbət 100 minlərin mənimsənilməsindən gedir.

Onu da qeyd edək ki, uzun vaxt idi ayrı-ayrı dövlət qurumları ölkə mediasının yazdıqlarnı qulaqardına vururdu. Ancaq bu il iyulun 20-də Prezident İlham Əliyev jurnalistlərin yeni binasının açılışı zamanı “Jurnalistlər özləri də bilmədən mənim köməkçilərimdir” deməklə belə məmurlara çatdırdı ki, əgər jurnalistlər həqiqəti yazacaqsa, onun yazdıqları əsas götürüləcək.


Biz də bunu əlimizdə əsas tutaraq AFFA ilə əlaqə saxlamağa, bu qurumda nələrin baş verdiyini öyrənməyə çalışdıq.


Məsələ ilə bağlı AFFA-nın sözcüsü Mikayıl Nərimanoğlu Modern.az-a açıqlama verdi.

 

AFFA rəsmisi bildirdi ki, Xanım Hüseynova və onun bacısı Sevinc qurumda menecer kimi çalışır:

"AFFA-da kimsə kimisə işdən qovdura bilməz və bizdə bu, heç vaxt olmayıb. Qaldı ki, guya Sevinc xanımın ürəyi gedib, ona görə AFFA-nın binasına təcili tibbi yardım maşını çağırılıb və s. Bəli, həqiqətən həmin vaxt AFFA-ya tibbi yardım çağırılıb, ancaq bu hadisəyə görə olmayıb. Sevinc xanım əməliyyat edilib və həssas dönəmdədir. Yüngülvari mübahisədə belə, əsəbləri tab gətirməyib və halı pisləşib. Tək buna görə yox, Allah uzaq eləsin, bu binaya başqa vaxt da təcili tibbi yardım çağırılıb. Hadisədir - olur da. Bundan "ssenari” qondarmaq və süni gərginlik yaratmaq hesab edirəm ki, lazımsızdır”.


Bu arada İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı da şok ittiham ortaya atılıb.

Belə ki, məlumatlara görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənilib. Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib.

Bəs bu nə dərəcədə həqiqəti əks etdirir?

AFFA rəsmisi bildirib ki, yoldaşlıq oyunları ilə bağlı müəyyən qaydalar var.

“Dəvət edən tərəf qonaq komandanın müəyyən xərclərini ödəyir.  Bu, normadır. Konkret olaraq deyə bilərəm ki, Azərbaycan milli komandası Yaponiyaya və Amerikaya yoldaşlıq oyunlarına gedib. Milli komandanın bütün xərcləri bu ölkələrin futbol fedarasiyaları tərəfindən ödənilib.  Biz də İspaniyanı yoldaşlıq oyununa dəvət etmişdik. Yoldaşlıq oyununa görə, AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib. Amma İspaniya futbol fedasiyası həmin vəsaiti neyləyibsə, bunu onlar bilər. Bu AFFA-nın işi deyil. Biz onlarla razılaşıb, pulu ödəmişik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal