Modern.az

Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq: Ölçülər, cığırlar, yollar, yazılar...

Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq: Ölçülər, cığırlar, yollar, yazılar...

Aktual

24 İyul 2017, 15:19

Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları  barədə yeni sənəd hazırlanır.

 

Bu barədə  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa  Modern.az-a məlumat verib.

 

Deputat bildirib ki,  qanun layihəsinin Milli Məclisin payız sessiyasında  müzakirəyə çıxarılacağı gözlənilir.


“Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları  hər yerdə eyni cür və eyni qiymətə olmalıdır”.

 

Deputat qeyd edib ki, yeni qanun layihəsində qəbirsanlıqlarla bağlı standartlar müəyyən olunacaq.

 

“Qəbirlərin ölçüləri, cığırlar, yollar, yazılar və s. sənəddə öz əksini tapacaq. Həmçinin yeni qanun layihəsində şəhid məzarları ilə bağlı bəndlər də öz əksini tapacaq.  Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayırılıb”.

 

Fazil Mustafa onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək. 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal