Modern.az

Kürdən daha bir meyit çıxarıldı - 15 yaşlı gənc boğulub  

Kürdən daha bir meyit çıxarıldı - 15 yaşlı gənc boğulub   

Aktual

24 İyul 2017, 16:06

Fövqəladə Hallar Nazirliyi Kürdə batan şəxsin meyitinin tapıldığını bildirib. Nazirliyin məlumatına görə, 23.07.2017-ci il tarixində Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:01-də başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal