Modern.az

Beynəlxalq Valyuta Fondunun rəhbərliyinə türk namizəd irəli sürülüb

Beynəlxalq Valyuta Fondunun rəhbərliyinə türk namizəd irəli sürülüb

17 May 2011, 11:58

Türkiyə Beynəlxalq Valyuta Fondunun rəhbərliyinə maliyyə naziri Mehmet Şimşekin namizədliyini irəli sürə bilər. Modern.az “Hürriyyət” qəzetinə istinadən bildirir ki, bu barədə hakim AKP-dəki mötəbər mənbə məlumat verib.
“Əgər  BVF-nin qalmaqala həbs edilmiş rəhbəri Stross Kan vəzifəsini tərk edərsə, Şimşəyin namizədliyi irəli sürülə bilər”-deyə mənbə qəzetə bildirib.

Maliyyə nazirinin bu vəzifəyə namizəd kimi göstərilməsi barədə ilk olaraq dövlət naziri Egemen Baqış özünün “Tvitter” səhifəsində qeyd yazıb.

Qeyd edək ki, iki gün öncə BVF-nin sədri seksual zorakılıq zəmnində cinayətdə ittiham olunaraq həbs edilib.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular