Modern.az

Milli Məclis əmək haqları və pensiyaların artırılmasını müzakirə edir

Milli Məclis əmək haqları və pensiyaların artırılmasını müzakirə edir

17 May 2011, 12:06


Modern.az saytının məlumatına görə, bu saatlarda Milli Məclisin növbəti plenar iclası keçirilir. Pensiya və əmək haqlarının artırılması üçün 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikərlə bağlı təkliflər Milli Məclisin bügünkü iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, əmək haqları və pensiyaların artırılması üçün badcədən əlavə vəsaitlərin daxil edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev ölkənin rayonlarına son səfərlərində  vətəndaşlarla görüşü zamanı pensiya və əmək haqlarının artırılmasının vacib olduğunu və bu istiqamətdə addımlar atılacağını demişdi. 

Parlamentin bugünkü iclasını spiker Oqtay Əsədov açaraq Azərbaycan ifaçılarının "Eurovision" 2011" beyəlxalq mahnı müsabiqəsindəki qələbəsindən danışıb. O.Əsədov deyib ki, bu qələbə sayəsində Azərbaycanı həmin yarışmanı izləyən 800 milyon insan tanıyıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj