Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bu gün parlamentdə jurnalistlərlə söhbətində Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki qələbəsini “ möhtəşəm” adlandırıb. Bu müsabiqənin siyasi aspektlərinə toxunan Ə. Əhmədov qeyd edib ki, müsabiqə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi də saymaq olar.
“Bu müsabiqə göstərdi ki, Avropanın sadə vətəndaşları siyasətçilərdən fərqli olaraq, ədaləti daha yaxşı görür və qiymətləndirirlər”-deyə deputat qeyd edib.
İcra katibi həmçinin vurğulayıb ki, bu qələbə ilə Azərbaycan öz mədəniyyətini Avropada tanıda bildi.
Modern.az