Modern.az

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

24 İyul 2017, 21:51

Rusiyada şaxtada partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kemerovo vilayətindəki “Anjerskaya Yujnaya” şaxtasında baş verib.

Məlumata görə, mədəndə metan qazı partlayıb. Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79  şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə dəqiq məlumat verilmir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?