Modern.az

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   

Aktual

25 İyul 2017, 15:47

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.

Modern.az "Report"a istinadən xəbər verir ki, məlumatı Biləsuvar RİH təsdiqləyib.

X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.

Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank"ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılıb.

X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal