Modern.az

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

25 İyul 2017, 22:59

"Avropa İttifaqı  nümayəndələri ilə energetika və terrorla mübarizə sahələrində əməkdaşlıq məsələlərini  müzakirə etdik. Qətər, Suriya, Liviya və Ukraynadakı böhranla bağlı fikir mübadiləsi apardıq. Bu mövzulara dair mövqelərimizdə heç bir fikir ayrılığı yoxdur”. Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransında bildirib. 

M.Çavuşoğlu bildirib ki, Ankara və Brüssel arasında imzalanmış miqrasiya sazişi sayəsində Türkiyədən Yunanıstanın adalarına qanunsuz keçən miqrantların sayı 99 faiz azalıb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?