Modern.az saytının xəbər verdiyi kimi, mayın 11-dən Milli Məclisin təşəbbüsü ilə “Parlament kuboku-2011” futbol turnirinə start verilib. Qarşılaşmalar Bakı Dövlət Universitetinin İdman kompleksində keçirilir.
Qeyd edək ki, iyunun 15-dək davam edəcək tirnirdə 12 dövlət qurumunun futbol komandası yarışır. 4 qrupda dairəvi sistem üzrə keçirilən yarışmanın iştirakçıları Milli Məclis, Konstitusiya Məhkəməsi, Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandalarıdır.
Qruplarda I tur artıq yekunlaşıb. I turun son oyununda Ədliyyə Nazirliyinin Komandası Səhiyyə Nazirliyinin komandasını darmadağın edib – 8:0.
II turun ilk oyun da artı baş tutub. Bu matçda Xarici İşlər Nazirliyi Konstitusiya Məhkəməsi ilə xalları yarı bölüb – 0:0.
İyunun 15-də turnirin final mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.
Hələlik qruplarda toplanılan xallar belədir:
A qrupu
Milli Məclis - 3
Xarici İşlər Nazirliyi - 1
Konstitusiya Məhkəməsi - 1
B qrupu
Prezident Administrasiyası - 3
Ali Məhkəmə - 0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 0
C qrupu
Vergilər Nazirliyi - 3
Nəqliyyat Nazirliyi - 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 0
D qrupu
Ədliyyə Nazirliyi - 3
İqtisadi İnkişaf Nazirliyi – 0
Səhiyyə Nazirliyi – 0
Modern.az