Modern.az

Tələbəlik illəri Allahşükür Paşazadənin yadına düşüb

Tələbəlik illəri Allahşükür Paşazadənin yadına düşüb

17 May 2011, 14:25

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti mayın 17-də  Özbəkistan Respublikasına səfərə yola düşüb. QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətinə Qafqaz xalqları Ali Dini Şurasının üzvləri – Qafqaz müftiləri daxildirlər.

21 mayadək davam edəcək səfərdən məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqazın din  xadimlərinin vaxtilə dini təhsil aldıqları təhsil ocaqlarına baş çəkmələri,  habelə Özbəkistan dövlətinə və xalqına səmimi minnətdarlıqlarını yetirməkdir.

Səfər zamanı Şeyxülislam A.Paşazadəvə Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsi, Daşkənd İslam Universitetində olacaq,  tələbələrlə görüş keçirəcəklər. Tələbəlik illərinin xatirələrini bölüşəcək Qafqazın din xadimləri ateizm illərində dini maarif çırağını sönməyə qoymamış Özbəkistanın ali dini təhsil  müəssisələrində onlara İslamın müqəddəs dəyərlərini aşılamış dünyadan köçmüş müəllimlərinin ruhlarını yad edəcəklər.

Xatirə səfəri xarakteri daşıyan bu səfər zamanı Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Daşkənd, Buxara və Səmərqəndi ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər.

QMİ sədri Şeyxülislam A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyətini Özbəkistan dövlətinin rəsmilərinin qəbul edəcəyi gözlənilir.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular