Modern.az

Azərbaycan “mavilər” üçün təhlükəli ölkə elan edilib

Azərbaycan “mavilər” üçün təhlükəli ölkə elan edilib

17 May 2011, 14:33

Cinsi azlıqlara münasibəti öyrənən İLGA homoseksuallar üçün “qırmızı xətt”ə düşən ölkələrin adını açıqlayıb

Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və Makedoniya cinsi azlıqlar olan homoseksuallar üçün ən təhlükəli ölkələr elan edilib. Modern.az “Euromag” saytına istinadən bildirir ki, bu barədə cinsi azlıqların hüquları uğrunda mübarizə aparan İLGA-Europe təşkilatının Avropada seksual azlıqlara münasibətlə bağlı keçirdiyi sorğudan bəlli olub. Sorğunun nəticələrinə görə, bu ölkələr cinsi azlıqlara münasibətində tolernatlıq nümayiş etdirmirlər.

Sorğudan bəlli olub ki, Avropa İttifaqında maviləri ən az sevən ölkə Kiprdir. Avropa ölkələri içərisində isə Azərbaycan, Turkiyə, Rusiya, Ermənistan və Makedoniya “mavilər” üçün təhlükəli olan “qırmızı xətt”ə düşüblər. Həmçinin Belorus, Moldova və Ukrayna da cinsi azlıqlara münasibətin pis olduğu ölkələr sırasına düşüb.

Avropa İttifaqının üzvü olan Latviya, İtaliya və Maltanın da “mavilər”ə qarşı dözümsüzlüyü üzə çıxıb. Homoseksuallara qarşı ən tolerant ölkələr isə İspaniya, İsveçrə və Böyük Britaniya olub.

“Bununla bərabər Almaniya və Portuqaliyada ötən ilə nisbətən vəziyyət bir qədər yaxşılaşıb. Amma Litva və Macarıstanda isə seksual azlıqlara qarşı münasibət daha da pisləşib” deyə sənəddə vurğulanır.

Qeyd edək ki, sorğu 17 may homoseksuallara münasibətdə beynəlxalq tolerantlıq günü ilə bağlı  keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular