Modern.az

Goranboyda ağır qəza: 3 yaralı

Goranboyda ağır qəza: 3 yaralı

Aktual

26 İyul 2017, 23:14

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar sürücü, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini, Əliyev Ramiz Nəsrəddin oğlu, sərnişinlər -  Xan Qərvənd kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Vüqar Hüseyn oğlu və Xan Qərvənd-Yeni yol kənd sakin,i 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğludur.

Yaralılara tibbi yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal